Rəqibin üzünə öskürən futbolçular meydandan qovulacaqlar

Rəqibin üzünə öskürən futbolçular meydandan qovulacaqlar İngiltərə Premyer Liqasının rəhbərliyi koronavirus pandemiyası dövründə hakimlər üçün yeni təlimatları açıqlayıb.
Futbol
3 Avqust , 2020 14:02
Rəqibin üzünə öskürən futbolçular meydandan qovulacaqlar

İngiltərə Premyer Liqasının rəhbərliyi koronavirus pandemiyası dövründə hakimlər üçün yeni təlimatları açıqlayıb.

"Report" "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, referilərə 2020/2021 mövsümündən etibarən oyun zamanı rəqibin üzünə öskürən futbolçuları cəzalandırmağı tövsiyə edib.

Buna görə həmin oyunçulara sarı, hətta qırmızı vərəqə də göstərilə bilər. Bu cür tədbirlər ölkədə infeksiyanın yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsüm sentyabrın 12-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi