“Real” və “Barselona”nın 13 futbolçusu ilin komandasına namizəddir

“Real” və “Barselona”nın 13 futbolçusu ilin komandasına namizəddir UEFA-nın siyahısında ümumilikdə 40 oyunçu var
Futbol
22 Noyabr , 2016 02:40
“Real” və “Barselona”nın 13 futbolçusu ilin komandasına namizəddir

Bakı. 22 noyabr. REPORT.AZ/ İspaniyanın “Real” klubundan 8, “Barselona”dan isə 5 futbolçu UEFA versiyası üzrə 2016-cı ilin rəmzi yığmasının namizədləri siyahısına düşüb.

“Report” xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Siyahıda ümumilikdə 40 oyunçunun adı var. Ən çox namizəd "Real"a məxsusdur. "Barselona" və "Atletiko" ikinci yeri bölüşür. Siyahıda İtaliyanın “Yuventus” klubunun da üç namizədi var.

Səsvermə yanvarın 3-də başa çatacaq, komandanın heyəti isə ayın 5-də elan olunacaq.

Son xəbərlər

Orphus sistemi