"Real Madrid" son 5 ildə öz futbolçularının satışından 143 milyon avro qazanıb

"Real Madrid" son 5 ildə öz futbolçularının satışından 143 milyon avro qazanıb Bu məbləğ 12 transfer əməliyyatından əldə olunub
Futbol
26 İyul , 2017 11:46
Real Madrid son 5 ildə öz futbolçularının satışından 143 milyon avro qazanıb

Bakı. 26 iyul. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu son 5 ildə öz futbolçularının satışından 143 milyon avro qazanıb.

"Report"un AS nəşrinə istinadən məlumatına görə, bu məbləğ 12 transfer əməliyyatından əldə olunub.

Ən bahalı anlaşma İspaniya millisinin hücumçusu Alvaro Moratanın İngiltərənin "Çelsi" klubuna 80 milyon avroya satışı ilə bağlı olub.

"Kral klubu" hər il öz yetirmələrinə 20 milyon avro xərcləyir. Bu məbləğdən 5 milyonu "Real Madrid"in ehtiyat komandası sayılan "Kastiliya" üçün nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi