"Real Madrid"in sabiq futbolçusu "Valensiya"nın baş məşqçisi təyin olunub

"Real Madrid"in sabiq futbolçusu "Valensiya"nın baş məşqçisi təyin olunub İspaniyanın Valensiya komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
11 Sentyabr , 2019 20:13
Real Madridin sabiq futbolçusu Valensiyanın baş məşqçisi təyin olunub

İspaniyanın "Valensiya" komandasının yeni baş məşqçisi müəyyənləşib. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi Albert Seladesə həvalə olunub. 44 yaşlı mütəxəssis 2021-ci ilin iyul ayınadək komandaya rəhbərlik edəcək. O, bu postda istefaya göndərilən Marselino Toralı əvəzləyib.

Qeyd edək ki, Albert Selades 2018-ci ildə "Real Madrid"də və İspaniya millisində köməkçi məşqçi vəzifəsini yerinə yetirib. Sabiq müdafiəçi 2000 - 2005-ci illərdə Madrid klubunun formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi