"Real Madrid"in prezidenti Gürcüstanın baş nazirinə forma hədiyyə edib

"Real Madrid"in prezidenti Gürcüstanın baş nazirinə forma hədiyyə edib Florentino Peres cari və planlaşdırılmış infrastruktur layihələri ilə maraqlanıb
Futbol
18 Yanvar , 2017 17:49
Real Madridin prezidenti Gürcüstanın baş nazirinə forma hədiyyə edib

Bakı 18 yanvar. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirikaşvili İspaniyanın nəhəng tikinti şirkəti ACS-in və "Real Madrid" klubunun prezidenti Florentino Pereslə görüşüb. "Report"un məlumatına görə, görüş hökumət rəsmisinin Madridə səfəri çərçivəsində baş tutub.

Peres Kvirikaşviliyə onun adı və "1" nömrəsi yazılmış futbolka hədiyyə edib. Baş nazir klub prezidentini Gürcüstan hökumətinin iri infrastruktur layihələrini nəzərdə tutan dörd bəndlik planla tanış edib. Peres cari və planlaşdırılmış infrastruktur layihələri ilə maraqlanıb. O, Anakliya dərin su limanı tikintisi layihəsinə qoşulmaq istəklərini ifadə edib.

Qeyd edək ki, Georgi Kvirikaşvili yanvarın 17-dən İspaniyada səfərdədir. 

Son xəbərlər

Orphus sistemi