​"Real" klubunun əfsanəvi qapıçısı İker Kasilyas "Porto"ya keçib

​"Real" klubunun əfsanəvi qapıçısı İker Kasilyas "Porto"ya keçib O yeni komandasında ilinə 6,5 milyon avro alacaq
Futbol
12 İyul , 2015 14:45
​Real klubunun əfsanəvi qapıçısı İker Kasilyas Portoya keçib

Bakı. 12 İyul. REPORT.AZ/ Madridin "Real" klubunun rəsmi saytı qapıçı İker Kasilyasın "Porto" klubuna transfer olunduğunu bəyan edib.

"Report" xəbər verir ki, klub rəhbərliyi futbolçunun komandada keçirdiyi 25 ilinə görə ona minnətdarlıq edib və yeni kollektivində uğurlar arzulayıb.

Kasilyas "Real"ın heyətində 725 oyun keçirib, 3 dəfə Çempionlar Liqası, 1 dəfə Klublararası Dünya Çempionatı, 2 dəfə İnterkontinental Kubok, 2 dəfə Avropa Superkuboku, 5 dəfə İspaniya çempionatı, 2 dəfə Kopa del Rey və 4 dəfə ölkə Superkubokunun qalibi olub.

Qapıçı bu transfer üçün əmək haqqının əhəmiyyətli dərəcədə azaldılmasına razılaşıb.

Kasilyas yeni komandasında ilinə 6,5 mln. alacaq. Bu məbləğin 2,5 milyonunu "Porto", qalan hissəsini "Real" ödəyəcək.

Son xəbərlər

Orphus sistemi