İspaniya çempionatı: "Real" Benzemanın "het-trik"i ilə "Atletik"ə qalib gəlib

İspaniya çempionatı: "Real" Benzemanın "het-trik"i ilə "Atletik"ə qalib gəlib Madridin Real klubu İspaniya çempionatının 33-cü turunun matçında Atletik Bilbaoya qalib gəlib.
Futbol
21 Aprel , 2019 20:48
İspaniya çempionatı: Real Benzemanın het-triki ilə Atletikə qalib gəlib

Madridin "Real" klubu İspaniya çempionatının 33-cü turunun matçında "Atletik Bilbao"ya qalib gəlib.

"Report" xəbər verir ki, Madridin "Santyaqo Bernabeu" stadionunda keçirilən matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Real"ın hücumçusu Kərim Benzema qarşılaşmada "het-trik" edib.

Qeyd edək ki, madridlilər dörd xalla İspaniya çempionatının yarış cədvəlində paytaxt "Atletik"dən geri qalaraq üçüncü yeri tutmaqda davam edirlər.

Son xəbərlər

Orphus sistemi