Ramil Şeydayev: "Son dəqiqələrdə buraxdığımız qol məni çox məyus etdi" - MÜSAHİBƏ

Ramil Şeydayev: "Son dəqiqələrdə buraxdığımız qol məni çox məyus etdi" - MÜSAHİBƏ Uduzmuşuq, nə deyə bilərəm? Bacardığımız qədər oynadıq. Məğlubiyyətə layiq idik, ya yox, bunu deyə bilmərəm.
Futbol
7 Sentyabr , 2019 10:00
Ramil Şeydayev: Son dəqiqələrdə buraxdığımız qol məni çox məyus etdi - MÜSAHİBƏ

"Uduzmuşuq, nə deyə bilərəm? Bacardığımız qədər oynadıq. Məğlubiyyətə layiq idik, ya yox, bunu deyə bilmərəm".

"Report"un Kardiffə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunları Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda sonra söyləyib.

- Bərabərlik qolu sizin ötürmənizdən sonra vuruldu. Mahir Emrelini görürdünüz, yoxsa ötürməni səsə etdiniz?

- Görürdüm. Yaxşı açıldı, mən də etməli olduğum ötürməni verdim.

- Necə düşünürsünüz, bu, cari tsikldə millimizin ən yaxşı oyunu idi?

- Xeyr. Fikrimcə, Xorvatiyaya qarşı bundan bir qədər yaxşı oynamışdıq.

- Uels sizi nə iləsə təəccübləndirdi?

- Deməzdim ki, təəccübləndirdilər. Onlar hücum edirdi, biz isə bütün komandayla müdafiə olunurduq. Çox da hücum etmədik.

- Çox dilxorsunuz. Səbəb istədiyiniz səviyyədə oynaya bilməməyinizdir, yoxsa son dəqiqələrdə buraxılan qoldur?

- Bu gün də əlimdən gələni etdim. Son dəqiqələrdə buraxdığımız qol məni çox məyus etdi.

- Son dəqiqədə cərimə meydançasında yıxılaraq penalti ala bilərdiniz.

- Rəqib mənə toxunmamışdı.

- Xorvatiya ilə matçadək istər fiziki, istərsə də psixoloji baxımdan bərpa ola biləcəksiniz?

- Əlbəttə! Bu, ilk belə hal deyil. Fikrimcə, rotasiyalar üçün də yetərincə imkanlarımız var. Məncə, tam bərpa olacağıq.

Son xəbərlər

Orphus sistemi