"Qremio" Libertadores Kubokunun ilk final matçında "Lanus"a qalib gəlib

"Qremio" Libertadores Kubokunun ilk final matçında "Lanus"a qalib gəlib Bu kollektivlər arasında cavab qarşılaşması noyabrın 30-da Lanusda keçiriləcək
Futbol
23 Noyabr , 2017 20:07
Qremio Libertadores Kubokunun ilk final matçında Lanusa qalib gəlib

Bakı. 23 noyabr. REPORT.AZ/ Futbol üzrə Libertadores Kubokunun ilk final matçı keçirilib. 

“Report” xəbər verir ki, Argentinanın “Lanus” komandasını qəbul edən Braziliya təmsilçisi “Qremio” rəqibini üstələyib.

Portu-Aleqridə baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qremio”ya qələbə gətirən qola 83-cü dəqiqədə Sisero imza atıb. Bu kollektivlər arasında cavab qarşılaşması noyabrın 30-da Lanusda keçiriləcək.

Qeyd edək ki, Libertadores Kuboku Cənubi Amerika Futbol Konfederasiyasının bayrağı altında təşkil olunur. Turnirin ən titullu komandası hesabında 7 çempionluq olan Argentina “İndependyente”sidir. Yarışın qalibi FİFA-nın keçirəcəyi klublararası dünya çempionatına vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi