"Qəbələ"yə müvəqqəti baş məşqçi təyin olunub

"Qəbələ"yə müvəqqəti baş məşqçi təyin olunub “Qəbələ”nin baş məşqçi vəzifəsini icra edəcək mütəxəssis müəyyənləşib.
Futbol
2 Sentyabr , 2019 14:57
Qəbələyə müvəqqəti baş məşqçi təyin olunub

“Qəbələ”nin baş məşqçi vəzifəsini icra edəcək mütəxəssis müəyyənləşib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni baş məşqçi təyin olunana qədər bu funksiyanı əsas komandanın məşqçilər korpusunda yer alan Elmar Baxşıyev yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının III turunun “Keşlə” ilə oyunundan (0:4) sonra Sənan Qurbanov baş məşqçi vəzifəsindən istefa verib və onun müraciəti qəbul olunub.

Son xəbərlər

Orphus sistemi