"Qəbələ" - "Maynts" oyununun biletləri satışa çıxarılıb

"Qəbələ" - "Maynts" oyununun biletləri satışa çıxarılıb Biletlər Tofiq Bəhramov adına Respublika stadionu və "Bakcell Arena"nın kassalarında satılır
Futbol
26 Sentyabr , 2016 15:29
Qəbələ - Maynts oyununun biletləri satışa çıxarılıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qəbələ" ilə Almaniya "Maynts"ı arasında Bakıda keçiriləcək oyunun biletləri satışa çıxarılıb. 

"Report"un məlumatına görə, biletləri bu gündən Tofiq Bəhramov adına Respublika stadionunun və oyunun keçiriləcəyi "Bakcell Arena"nın kassalarından almaq mümkündür.

Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, sentyabrın 29-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Maynts" matçı saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi