"Qarabağ" - "Şerif" matçının vaxtı müəyyənləşib

"Qarabağ" - "Şerif" matçının vaxtı müəyyənləşib Azərbaycan komandası oyunun hazırlıqlarına başlayıb
Futbol
20 İyul , 2017 10:34
Qarabağ - Şerif matçının vaxtı müəyyənləşib

Bakı. 20 iyul. REPORT.AZ / Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın Moldova “Şerif”i ilə keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib.

"Report"un məlumatına görə, qarşılaşma iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Görüş saat 21:00-da başlanacaq. Cavab matçı isə bir həftə sonra keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" matçın hazırlıqlarına ötən gündən başlayıb. Klubun bazasında baş tutan çalışmalarda Gürcüstan "Samtredia"sı ilə cavab oyununda forma geyinmiş futbolçular bərpa məşqi ilə kifayətləniblər. Digər oyunçular isə əvəzedici heyətlə ikitərəfli oyun keçiriblər.

Son xəbərlər

Orphus sistemi