“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib Pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab matçları isə 22-23-də keçiriləcək
Futbol
4 Avqust , 2017 14:10
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib

Bakı. 4 avqust. REPORT.AZ/ “Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma zamanı "səpələnməmişlər səbəti"ndə yer alan Ağdam təmsilçisinə 5 potensial rəqib arasından Danimarka çempionu “Kopenhagen” klubu düşüb.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab matçları isə 22-23-də keçiriləcək.

Çempionlar Liqası

Pley-off mərhələsi

Çempionlar yolu

“Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka)

APOEL (Kipr) - “Slaviya” (Çexiya)

“Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya)

“Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan)

“Hapoel” (Beer-Şeva, İsrail) - “Maribor” (Slovaniya)

Liqa yolu

“Başakşehur” (Türkiyə) - “Sevilya” (İspaniya)

“Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya)

“Napoli” (İtaliya) - “Nitsa” (Fransa)

“Hoffenhaym” (Almaniya) - “Liverpul” (İngiltərə)

“Sportinq” (Portuqaliya) - “Styaua” (Rumıniya)

Son xəbərlər

Orphus sistemi