"Qarabağ"ın rəqibi evdə xal itirdi

"Qarabağ"ın rəqibi evdə xal itirdi Şimali Makedoniya çempionatında II turun oyunları keçirilir.
Futbol
14 Avqust , 2020 21:13
Qarabağın rəqibi evdə xal itirdi

Şimali Makedoniya çempionatında II turun oyunları keçirilir.

"Report"un məlumatına görə, "Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Sileks" növbəti matçına çıxıb.

Kratovo təmsilçisi doğma meydanda "Pelister"lə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

Matçda ilk qolu 6-cı dəqiqədə qonaqlar vursalar da, meydan sahibləri 43-cü dəqiqədə Burhan Mustafovun qolu ilə tarazlığı bərpa ediblər. 53-cü dəqiqədə İvan İvanovski "Sileks"i hesabda önə çıxarıb. Buna baxmayaraq, 76-cı dəqiqədə "Pelister" futbolçuları bərabərliyi təmin ediblər.

Bu nəticədən sonra xallarını 4-ə yüksəldən "Sileks" hələlik turnir cəvdəlinə başçılıq edir. Eyni xala malik "Pelister" isə 2-ci sırada qərarlaşıb.

Makedoniya çempionu ilk turda səfərdə "Belasitsa"nın qapısından 6 cavabsız top keçirmişdi.

Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq. Bu cütün qalibi II raundda "Şerif" (Moldova) - "Fola Eş" duelinin güclüsü ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi