"Qarabağ"ın legioneri Polşa futbolu tarixinə düşüb

"Qarabağ"ın legioneri Polşa futbolu tarixinə düşüb O, həmyerlilərinin rekorduna şərik çıxıb
Futbol
23 Aprel , 2018 12:28
Qarabağın legioneri Polşa futbolu tarixinə düşüb

Bakı. 23 aprel. REPORT.AZ/ "Qarabağ" klubunun futbolçusu Yakub Jezniçak vətəni Polşanın tarixinə düşüb.

"Report"un məlumatına görə, 32 yaşlı müdafiəçi Azərbaycan çempionu olmaqla, karyerası ərzində 13-cü kuboku qazanıb. Beləliklə, o, həmyerlilərinin rekorduna şərik çıxıb. Jezniçak titul sayında Polşa milli komandasının sabiq futbolçuları Ernst Pol və Kşiştov Vajixa ilə bərabərləşib.

Qeyd edək ki, Yakub Jezniçak əvvəlki 12 titulunu Polşanın "Legiya" klubunun heyətində qazanıb. O, 5 dəfə Polşa çempionluğu, 6 dəfə ölkə kuboku və 1 dəfə Superkuboka yiyələnib. Təcrübəli müdafiəçi 2017-ci ilin yayında trasfer olunduğu "Qarabağ"da ilk tituluna sahib çıxıb. 

Son xəbərlər

Orphus sistemi