"Qarabağ"ın futbolçusu "Kukesi" ilə oyunu buraxacaq

"Qarabağ"ın futbolçusu "Kukesi" ilə oyunu buraxacaq Dani Kintananın durumuna aydınlıq gəlib
Futbol
20 İyul , 2018 13:27
Qarabağın futbolçusu Kukesi ilə oyunu buraxacaq
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ Sloveniya "Olimpiya"sı ilə Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda zədələnən "Qarabağ"ın futbolçusu Dani Kintananın durumuna aydınlıq gəlib. 

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib. Əzələsində dartınma olan futbolçunun bir həftə sonra fərdi məşqlərə başlayacağı ehtimal olunur.

Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" qarşılaşması 0:0 hesablı heç-heçə ilə başa çatıb. Ağdam təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsində Albaniyanın "Kukesi" komandası ilə qarşılaşacaq. İlk görüş iyulun 25-də səfərdə, cavab oyunu avqustun 1-də evdə olacaq.

Son xəbərlər

Orphus sistemi