"Qarabağ"ın Çempionlar Liqası üçün sifariş ərizəsi açıqlanıb - SİYAHI

"Qarabağ"ın Çempionlar Liqası üçün sifariş ərizəsi açıqlanıb - SİYAHI Siyahıya cəmi 1 hücumçunun adı daxil edilib
Futbol
6 İyul , 2018 13:57
Qarabağın Çempionlar Liqası üçün sifariş ərizəsi açıqlanıb - SİYAHI
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ "Qarabağ" klubunun Çempionlar Liqasının I təsnifat mərhləsində qarşılaşacağı Sloveniya "Olimpiya"sı ilə oyunlar üçün sifariş ərizəsi açıqlanıb. 

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov siyahıya 4 qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi və 1 hücumçu daxil edib. 

İlk oyunun başlamasına 24 saat qalmışa qədər sifariş vərəqəsinə daha bir futbolçu əlavə etmək olar.

Qapıçılar: 1. Hannes Tur Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner Da Silva, 94. Nicat Mehbalıyev

Müdafiəçilər: 4.Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Donald Gerrye, 91. Coşqun Diniyev

Hücumçu: 11. Mahir Mədətov

Qeyd edək ki, ilk oyun iyulun 11-də Lyublyanadakı "Stojitsa" stadionunda, cavab görüşü isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi