Bakı. 31 oktyabr. REPORT.AZ/ Avropa Liqasının IV turunun J qrupunda Yunanıstan PAOK-u və "Qarabağ" arasında keçiriləcək oyunun təyinatları açıqlanıb.
"Report"un məlumatına görə, Salonikidə baş tutacaq görüş Şotlandiyadan olan hakimlər briqadasına həvalə edilib.
Matçın baş hakimi Con Biton olacaq.
Qarşılaşma noyabrın 3-də yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 4 noyabr saat 00:05) başlayacaq.
Avropa Liqası, qrup oyunları, IV tur
J qrupu
00:05. PAOK (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Con Biton
Yan xətt hakimləri: Duqlas Potter, Alastair Mazer
Əlavə köməkçi hakimlər: Stiven Maklin, Donald Robertson
Dördüncü hakim: Şon Karr (hamısı Şotlandiya)
Hakim-inspektor: Darko Çeferin (Sloveniya)
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)
Saloniki. "Tumba" stadionu