"Qarabağ" futbolçusunu icarəyə verdi

"Qarabağ" futbolçusunu icarəyə verdi “Keşlə” Futbol Klubu növbəti transferini reallaşdırıb.
Futbol
20 Avqust , 2020 17:12
Qarabağ futbolçusunu icarəyə verdi
Rafael Məhərrəmli

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Keşlə” komandası növbəti transferini reallaşdırıb.

Klubdan "Report"a verilən məlumata görə, paytaxt təmsilçisi “Qarabağ”ın müdafiəçisi Rafael Məhərrəmlini icarəyə götürüb. 20 yaşlı futbolçu mövsümün sonunadək “Keşlə”nin şərəfini qoruyacaq.

Qeyd edək ki, Rafael Məhərrəmli ötən mövsüm icarə əsasında "Zirə"də oynayıb və Azərbaycan Premyer Liqasında 9 matçda meydana çıxıb.

Xatırladaq ki, "Keşlə" Avropa Liqasının I təsnifat mərhələsində Albaniyanın "Laçi" klubu ilə üz-üzə gələcək. Avqustun 27-də "ASK Arena"da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi