"Qarabağ"dan ayrılan futbolçu yenidən icarəyə verilə bilər

"Qarabağ"dan ayrılan futbolçu yenidən icarəyə verilə bilər Cari mövsümün sonunda "Qarabağ"dan ayrılan Almaniyanın "Ştutqart" klubunun futbolçusu Ailton Silva yenidən icarəyə verilə bilər.
Futbol
9 İyul , 2020 10:01
Qarabağdan ayrılan futbolçu yenidən icarəyə verilə bilər
Ailton Silva

Cari mövsümün sonunda "Qarabağ"dan ayrılan Ailton Silvanı müqavilə üzrə məxsus olduğu Almaniyanın "Ştutqart" klubu yenidən icarəyə verə bilər.

"Report" yeli mətbuata istinadən xəbər verir ki, yeni mövsümdən Bundesliqada çıxış edəcək klub müdafiənin sol cinahını başqa futbolçu ilə gücləndirmək niyyətindədir.

İddiaya görə, Ailton ondan gözlənilən oyunu sərgiləyə bilmədiyi üçün klub braziliyalının mövqeyinə alternativ variant axtarışındadır. Bununla belə, 26 yaşlı futbolçunun məsələsi açıq olaraq qalır.

Qeyd edək ki, Ailton Silva ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. 

Son xəbərlər

Orphus sistemi