"Qarabağ" afrikalı hücumçunun transferindən imtina edib

"Qarabağ" afrikalı hücumçunun transferindən imtina edib Bakı. 20 iyul. REPORT.AZ/ “Qarabağ” klubu Cənubi Afrika Respublikasının “Maritsburq Yunayted”in futbolçusu Lebohanq Maboeni transferindən imtina edib.
Futbol
20 İyul , 2018 11:38
Qarabağ afrikalı hücumçunun transferindən imtina edib
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ “Qarabağ” klubu Cənubi Afrika Respublikasının “Maritsburq Yunayted”in futbolçusu Lebohanq Maboeni transferindən imtina edib.

“Report” “Soccer Laduma”ya istinadən xəbər verir ki, buna səbəb Afrika təmsilçsinin 23 yaşlı hücumçu üçün 500 min avro tələb etməsi olub. “Qarabağ”la yanaşı Belçikanın “Ostende” klubu da Maboeni heyətinə qatmaq fikrindən daşınıb.

Bildirilir ki, “Qarabağ” seçimini Çempionlar Liqasında çıxış etmiş hücumçudan yana edib.

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” hələlik bir hücumçu – Mahir Mədətovu sifariş verib. Ağdam təmsilçisi hazırda forvard axtarışındadır.

Son xəbərlər

Orphus sistemi