"Qalatasaray" klubu Rusiya millisinin hücumçusunu heyətinə qatmaq istəyir

"Qalatasaray" klubu Rusiya millisinin hücumçusunu heyətinə qatmaq istəyir Bakı. 11 avqust. REPORT.AZ/ Türkiyənin Qalatasaray klubu Rusiya milli komandasının və Zenitin futbolçusu Artyom Dzyubanı heyətinə qatmaq istəyir.
Futbol
11 Avqust , 2018 09:33
Qalatasaray klubu Rusiya millisinin hücumçusunu heyətinə qatmaq istəyir

Bakı. 11 avqust. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu Rusiya milli komandasının və "Zenit"in futbolçusu Artyom Dzyubanı heyətinə qatmaq istəyir. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub 30 yaşlı hücumçunun agentini danışıqlar aparmaq üçün İstanbula dəvət edib. 

Qeyd edək ki, Artyom Dzyuba 2015-ci ildən "Zenit"də çıxış edir. O, Rusiyada keçirilən dünya çempionatında 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi