"Qalatasaray" azərbaycanlı fanatlarına təşəkkür etdi

"Qalatasaray" azərbaycanlı fanatlarına təşəkkür etdi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi oyun üçün bu gün Bakıya gələn Türkiyənin "Qalatasaray" klubu azərbaycanlı azarkeşlərin münasibətindən razı qalıb.
Futbol
16 Sentyabr , 2020 17:43
Qalatasaray azərbaycanlı fanatlarına təşəkkür etdi

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi oyun üçün bu gün Bakıya gələn Türkiyənin "Qalatasaray" klubu azərbaycanlı azarkeşlərin münasibətindən razı qalıb.

"Report" xəbər verir ki, bununla bağlı rəsmi "Twitter" hesabında paylaşım edən İstanbul təmsilçisi fanatlara təşəkkür edib.

Paylaşımda bu sözlər qeyd olunub: "Bu möhtəşəm qarşılama üçün təşəkkürlər, böyük "Qalatasaray" tərəfdarı! Həyatın mənası, "Qalatasaray".

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi