“PSJ” ciddi itki ilə üzləşə bilər

“PSJ” ciddi itki ilə üzləşə bilər Fransanın “PSJ” klubunun əsas qapıçısı Keylor Navas Çempionlar Liqasının yarımfinal mərhələsində meydana çıxmaya bilər.
Futbol
14 Avqust , 2020 05:29
“PSJ” ciddi itki ilə üzləşə bilər
Keylor Navas

Fransanın “PSJ” klubunun əsas qapıçısı Keylor Navas Çempionlar Liqasının yarımfinal mərhələsində meydana çıxmaya bilər.

“Report” xəbər verir ki, qapıçı “Atalanta” ilə dörddəbir final matçında zədələnib. Oyun Lissabonda (Portuqaliya - Red) “Da Luz” stadionunda baş tutub və Fransa komandasının 2: 1 hesablı qələbəsi ilə başa çatıb.

Navası 79-cu dəqiqədə Serxio Riko əvəz edib.

“PSJ” klubunun rəsmi saytındakı açıqlamada deyilir ki, müayinədən sonra qapıçının zədələndiyi öz təsdiqini tapıb.

Kliniki qiymətləndirmə şənbə günü aparılacaq və bundan sonra onu meydançaya çıxıb-çıxmayacağı məlum olacaq.

Son xəbərlər

Orphus sistemi