Bakı. 27 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.
“Report” xəbər verir ki, ilk oyun günündə lider "Qarabağ" debütant "Səbail"i qəbul edib.
Ağdam təmsilçisi azlıqda qaldığı oyunda rəqibini üstələməyi bacarıb – 1:0.
Oyunda yeganə qola 90-cı dəqiqədə Əfran İsmayılov imza atıb.
Bu qalibiyyətdən sonra xalını 22-ə çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. "Səbail" isə 9 xalla 6-cı sıradadır.
Qeyd edək ki, X turun qalan oyunları şənbə və bazar günləri keçiriləcək. Oktyabrın 28-də "İnter" "Kəpəz"i, "Zirə" "Qəbələ"ni qəbul edəcək. Ertəsi isə “Neftçi" – “Sumqayıt” oyunu baş tutacaq.
Azərbaycan Premyer Liqası
X tur
27 oktyabr (cümə)
"Qarabağ” – "Səbail” - 1:0
Qol: Əfran İsmayılov, 90
Qırmızı vərəqə: Ansi Aqolli, 42 ("Qarabağ")
Hakimlər: Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Kərim Ağayev
Bakı. "Azersun Arena”