​Peru futbol üzrə Amerika Kuboku-2015-də üçüncü yeri tutub

​Peru futbol üzrə Amerika Kuboku-2015-də üçüncü yeri tutub Perulular Paraqvay komandasını 2:0 hesabı ilə məğlub ediblər
Futbol
4 İyul , 2015 07:20
​Peru futbol üzrə Amerika Kuboku-2015-də üçüncü yeri tutub

Bakı. 4 İyul. REPORT.AZ/ Futbol üzrə Peru yığması Çilidə keçirilən Amerika Kubokunda üçüncü yeri tutub.

"Report" xəbər verir ki, təsəlliverici finalda perulular Paraqvay millisi üzərində 2:0 hesablı qələbə qazanıblar.

Oyunda qolları 48-ci dəqiqədə Andre Karrilyo və 89-cu dəqiqədə Paolo Qerrero vurub.

Kubokun bu gün keçiriləcək final oyununda Argentina və Çili üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi