Nikola Vlaşiç: "Azərbaycan millisi daha qapalı və kompakt oynayacaq"

Nikola Vlaşiç: "Azərbaycan millisi daha qapalı və kompakt oynayacaq" “Slovakiyaya qalib gəldik. İndi bizim tamamilə fərqli tərzdə oynayan daha bir ciddi rəqibimiz var”.
Futbol
9 Sentyabr , 2019 10:39
Nikola Vlaşiç: Azərbaycan millisi daha qapalı və kompakt oynayacaq

“Slovakiyaya qalib gəldik. İndi bizim tamamilə fərqli tərzdə oynayan daha bir ciddi rəqibimiz var”.

“Report”un məlumatına görə, bunu Xorvatiya yığmasının futbolçusu Nikola Vlaşiç Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunu barədə “Jutarnji List”ə açıqlamasında deyib.

Komandasının ötən həftə Slovakiyanı səfərdə 4:0 hesabı ilə məğlub etdiyi matçda ilk qolu vuran Rusiya MOİK-nin 22 yaşlı hücumçusu Bakıdakı görüşlə bağlı gözləntilərini bölüşüb: “Əlbəttə, Azərbaycan millisi daha qapalı və kompakt oynayacaq, müdafiə futboluna üstünlük verəcək. Belə bir rəqibi Trnavada rəqabət aparmaq istəyən komandaya bənzətmək mümkün deyil. Ekstremal hadisə baş verməsə, Azərbayn millisini Slovakiyadakı oyun tərzi ilə məğlub edə bilməyəcəyik. Əsas məsələ qələbə qazanmaq və bu, mini-sentyabr döngəsini 6 xalla başa vuraraq, hədəfimizə maksimum yaxınlaşmaqdır”.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyunu saat 20:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi