Niderland klubu baş məşqçisi ilə vidalaşdı

Niderland klubu baş məşqçisi ilə vidalaşdı Niderlandın Tvente komandası baş məşqçisi Qonzalo Qarsiya ilə yollarını ayırır.
Futbol
8 May , 2020 13:48
Niderland klubu baş məşqçisi ilə vidalaşdı

Niderlandın "Tvente" komandası baş məşqçisi Qonzalo Qarsiya ilə yollarını ayırır. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı mütəxəssisin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyəcək. 

Onunla birlikdə məşqçilər heyətinin üzvləri də komandanı tərk edəcəklər. 

Qeyd edək ki, Niderland çempionatı koronavirus pandemiyasına görə vaxtından əvvəl tamamlanıb. "Tvente" 2019/2020 mövsümünü 27 xalla 14-cü pillədə başa vurub. Qonzalo Qarsiya 2019-cu ilin mayından "Tvente"də işləyib. 

Son xəbərlər

Orphus sistemi