"Neftçi" "Qalatasaray"la oyun öncəsi son məşqə çıxdı

"Neftçi" "Qalatasaray"la oyun öncəsi son məşqə çıxdı "Neftçi" komandası Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ına qarşı keçirəcəyi matçdan öncə son məşqinə çıxıb.
Futbol
16 Sentyabr , 2020 20:05
Neftçi Qalatasarayla oyun öncəsi son məşqə çıxdı

"Neftçi" komandası Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ına qarşı keçirəcəyi matçdan öncə son məşqinə çıxıb. 

"Report" xəbər verir ki, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Futbolçular bu müddətdə qaçış və topla hərəkətləri yerinə yetiriblər. 

Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi