"Neftçi" İspaniya və İtaliya klubları ilə qarşılaşacaq

"Neftçi" İspaniya və İtaliya klubları ilə qarşılaşacaq Bakı. 12 mart. REPORT.AZ/ “Neftçi”nin 12 yaşadək futbolçulardan ibarət komandası aprelin 6-dan Türkiyənin İzmir şəhərində start götürəcək “İzmir Cup” beynəlxalq turnirinə qatılacaq.
Futbol
12 Mart , 2018 17:48
Neftçi İspaniya və İtaliya klubları ilə qarşılaşacaq

Bakı. 12 mart. REPORT.AZ/ “Neftçi”nin 12 yaşadək futbolçulardan ibarət komandası aprelin 6-dan Türkiyənin İzmir şəhərində start götürəcək “İzmir Cup” beynəlxalq turnirinə qatılacaq.

“Report” xəbər verir ki, 48 komandanın iştirak edəcəyi yarışda "Neftçi” B qrupunda yer alıb.

Rəqiblər "Atletik” (İspaniya), "Sampdoriya” (İtaliya), "Fənərbağça” (Türkiyə), "Bucaspor” (Türkiyə) və "Brommapoykarna” (İsveç) klublarıdır.

Qeyd edək ki, “İzmir Cup”a aprelin 8-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi