"Neftçi"dən ayrılan futbolçu: "Bu, yaxşı vidalaşma deyil"

"Neftçi"dən ayrılan futbolçu: "Bu, yaxşı vidalaşma deyil" "Neftçi" klubu ilə yollarını ayıran Soni Mustivar Azərbaycanı tərk edib.&
Futbol
4 İyul , 2020 12:35
Neftçidən ayrılan futbolçu: Bu, yaxşı vidalaşma deyil

"Neftçi" klubu ilə yollarını ayıran Soni Mustivar Azərbaycanı tərk edib. 

"Report"un məlumatına görə, bu barədə 30 yaşlı haitili yarımmüdafiəçi "Instagram" hesabından bildirib. 

Oyunçu paytaxt təmsilçisi ilə də vidalaşıb. Mustivar "Neftçi"yə təşəkkür etdiyini yazıb: "Bu, yaxşı vidalaşma deyil, tezliklə görüşəcəyik. Hamınıza, "Neftçi"yə təşəkkür edirəm". 

Qeyd edək ki, Soni Mustivar 2018-ci ilin martında "Neftçi”yə keçmişdi. O, bu müddət ərzində 56 oyunda meydana çıxıb və 3 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi