​Muarem Muarem "Qarabağ" klubundan ayrılıb

​Muarem Muarem "Qarabağ" klubundan ayrılıb Makedoniyalı futbolçu: "Sizi unutmayacağam, böyük "Qarabağ" azarkeşləri, bir gün görüşəcəyik"
Futbol
15 Yanvar , 2015 15:33
​Muarem Muarem Qarabağ klubundan ayrılıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubunun futbolçusu Muarem Muarem Ağdam təmsilçisi ilə yollarını ayırıb. "Report" xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçi sosial şəbəkələrdən birində məlumat paylaşıb.

Makedoniyalı futbolçu "Qarabağ" azarkeşlərinə səslənərək, "Sizi unutmayacağam, böyük "Qarabağ" azarkeşləri, bir gün görüşəcəyik" deyib.

Qeyd edək ki, Muarem Muarem 2012-ci ildən "Qarabağ"ın şərəfini qoruyur.

Son xəbərlər

Orphus sistemi