Millimizin yeni baş məşqçisi İtaliya klubundan təklif alıb

Millimizin yeni baş məşqçisi İtaliya klubundan təklif alıb Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi İtaliya A Seriyasında çıxış edən klubların birindən təklif alıb.
Futbol
14 İyul , 2020 18:28
Millimizin yeni baş məşqçisi İtaliya klubundan təklif alıb

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi İtaliya A Seriyasında çıxış edən klubların birindən təklif alıb.

"Report"un məlumatına görə, bu barədə italiyalı mütəxəssisin özü yerli radiolardan birinə müsahibəsində deyib.

De Byazi bildirib ki, 2 variant arasında götür-qoy etdikdən sonra yığmada çalışmağa üstünlük verib: "Azərbaycan millisindən gələn çağırışa müsbət cavab verdim, Çünki ortaya fərqli, yaxşı iş qoymaq istəyirəm".

Bakı haqqında da danışan 64 yaşlı mütəxəssis buranın gözəl şəhər olduğunu söyləyib: "Azərbaycan, Bakı məni yaxşı mənada təəccübləndirdi. Açığı, bu qədərini gözləmirdim".

Qeyd edək ki, AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.

Son xəbərlər

Orphus sistemi