Milan Baroş karyerasını bitirdi

Milan Baroş karyerasını bitirdi Çexiya milli komandasının sabiq futbolçusu Milan Baroş karyerasını başa vurub.&
Futbol
4 İyul , 2020 01:45
Milan Baroş karyerasını bitirdi

Çexiya milli komandasının sabiq futbolçusu Milan Baroş karyerasını başa vurub. 

"Report"un Çexiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, keçmiş hücumçu bu qərarı 39 yaşında qəbul edib. Baroş son zamanlar axill vətəri, xaçabənzər əzələlərindəki problemlərdən əziyyət çəkdiyi üçün lazımi səviyyədə oynaya bilmirdi. 

"Karyeramı davam etdirmək istərdim, amma bədənim dayanmağımı əmr edirdi. Kifayət qədər müddətdir ki, sağlıq durumumdakı problemlərdən əziyyət çəkirəm. Daha bədənim adi qaydada olduğu kimi çalışmır" deyə o, mətbuat konfransında vurğulayıb.

Qeyd edək ki, Milan Baroş karyerası ərzində Çexiyanın "Banik", Mlada Boleslav" və "Slovan Liberets", İngiltərənin "Liverpul", "Aston Villa" və "Portsmut", Türkiyənin "Qalatasaray" və "Antalyaspor", Fransanın "Lion" komandalarının formasını geyinib. Baroş "SLovan"da ikən "Qarabağ"a qarşı Avropa Liqasının 2016/2017 mövsümünün qrup mərhələsinin Bakıdakı oyununda iştirak edib. O, 2:2 hesablı heç-heçə ilə nəticələnmiş matçda komandasının ikinci qolunu vurub. "Liverpul"da isə çexiyalı hücumçu Çempionlar Liqasının 2004/2005 mövsümünün qalibi olub. 

Təcrübəli forvard Çexiya yığması tarixində Yan Kollerdən sonra ən yaxşı ikinci bombardir sayılır. Baroş 93 oyunda 41 dəfə fərqlənib. O, AVRO-2004-də 5 qolla ən yaxşı bombardir və komandasına bürünc medal qazanmaqda yardımçı olub. 

Son xəbərlər

Orphus sistemi