Messinin möhtəşəm qolunda "Barselona"nın bütün futbolçuları iştirak etdi

Messinin möhtəşəm qolunda "Barselona"nın bütün futbolçuları iştirak etdi İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin İtaliya "Napoli"si ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə vurduğu qol xeyli baxımlı alınıb.
Futbol
9 Avqust , 2020 11:30
Messinin möhtəşəm qolunda Barselonanın bütün futbolçuları iştirak etdi

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin İtaliya "Napoli"si ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə vurduğu qol xeyli baxımlı alınıb. 

"Report"un məlumatına görə, argentinalı hücumçu cərimə meydançasına daxil olduqdan sonra rəqibin 3 oyunçusunu keçib və yerə yıxılmasına baxmayaraq, topu qapının uzaq küncünə göndərib. Bu qol epizodunda "Barselona"nın bütün 11 oyunçusu topa toxunub. 

Qeyd edək ki, "Napoli" Lionel Messinin Çempionlar Liqasında məyus etdiyi 35-ci komanda olub. "Barselona" 3:1 hesablı qələbə qazanaraq, 1/4 finala yüksəlib. 

Son xəbərlər

Orphus sistemi