Messi imicini dəyişib

Messi imicini dəyişib Bakı. 22 sentyabr. REPORT.AZ/ İspaniyanın Barselona klubunun futbolçusu Lionel Messi imicini dəyişib.
Futbol
22 Sentyabr , 2018 10:45
Messi imicini dəyişib

Bakı. 22 sentyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi imicini dəyişib.

"Report"un məlumatına görə, argentinalı hücumçu son iki ildə ilk dəfə saqqalını qırxıb. Onun yeni fotosu klubun rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

Daha əvvəl 31 yaşlı forvard bildirib ki, komanda yoldaşları onun saqqalını talisman sayırlar: "Onlar hətta istəsəm belə, qırxmağıma icazə vermirlər".

Məşqdən saqqalsız fotosunu Messi də sosial şəbəkədə paylaşıb. Lakin o, imicini dəyişməsinin səbəbini açıqlamayıb.

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin ilk turunda Lionel Messi saqqallı ikən Hollandiya PSV-sinin qapısından 3 top keçirib. O, həftənin ən yaxşı oyunçusu sayılıb. Bu mövsüm Messi İspaniya La Liqasında 4 oyuna 4 qol vurub və 2 məhsuldar ötürmə verib. 

Son xəbərlər

Orphus sistemi