Messi "Barselona" - "Eybar" matçında poker edib - VİDEO

Messi "Barselona" - "Eybar" matçında poker edib - VİDEO Görüş kataloniyalıların 6:1-lik üstünlüyü ilə başa çatıb
Futbol
20 Sentyabr , 2017 02:32
Messi Barselona - Eybar matçında poker edib - VİDEO

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Barselona" futbol üzrə İspaniya çempionatının V turunda "Eybar"ı darmadağın edib.

"Report" xəbər verir ki, Barselona şəhərinin "Kamp Nou" stadionunda keçirilən görüş ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Kataloniya komandasının heyətində Lionel Messi poker edib, digər iki qolu Denis Suares və Paulinyo vurub. Qonaqların yeganə qoluna Serxi Enriç imza atıb.

"Barselona" bu qələbədən sonra xallarının sayını 15-ə çatdıraraq turnir cədvəlinə liderliyini davam etdirir. "Eybar" 6 xal ilə 13-cü mövqedə qərarlaşıb.

İspaniya - Primyera. 5-ci tur

"Barselona" – "Eybar" - 6:1

1:0 – Messi – 20 (pen), 2:0 – Paulinyo – 38, 3:0 – Suares – 53, 3:1 – Enriç – 57, 4:1 – Messi – 59, 5:1 – Messi – 62, 6:1 – Messi – 87.

Son xəbərlər

Orphus sistemi