Məşhur futbolçu xəstəxanaya yerləşdirilib - VİDEO

Məşhur futbolçu xəstəxanaya yerləşdirilib - VİDEO Bakı. 30 mart. REPORT.AZ/ Braziliya millisinin sabiq futbolçusu Adriano xəstəxanaya müraciət edib.
Futbol
30 Mart , 2018 11:18
Məşhur futbolçu xəstəxanaya yerləşdirilib - VİDEO

Bakı. 30 mart. REPORT.AZ/ Braziliya millisinin sabiq futbolçusu Adriano xəstəxanaya müraciət edib.

“Report” “UOL Esporte” portalına istinadən xəbər verir ki, 36 yaşlı veteran oyunçu əlindəki kəsik yaralarının kəskin iltihabı diaqnozu ilə Rio-de-Janeyrodakı klinikaların birinə yerləşdirilib.

Onun zədələri evdə aldığı və həyatı üçün təhlükə olmadığı bildirilir.

Qeyd edək ki, Adriano karyerası ərzində İtaliyanın “İnter” və “Roma” kimi klublarının formasını geyinib. O, Braziliya yığmasının heyətində 51 oyunda 29 qol vurub. Son illər spirtli içki və narkotik aludəçisi olan sabiq forvard tüfeyli həyat sürür.

Son xəbərlər

Orphus sistemi