Məşhur futbolçu Braziliya klubundan ayrıldı

Məşhur futbolçu Braziliya klubundan ayrıldı Braziliya millisinin və İtaliyanın "Milan" klubununsabiq futbolçusuAleşandre Pato"San Paulu" komandasındanayrılıb.
Futbol
22 Avqust , 2020 14:38
Məşhur futbolçu Braziliya klubundan ayrıldı
Aleşandre Pato 

Braziliya millisinin və İtaliyanın "Milan" klubunun sabiq futbolçusu Aleşandre Pato "San Paulu" komandasından ayrılıb. 

"Report" xəbər, 31 yaşlı hücumçu bu barədə "Instagram" hesabından məlumat verib. Forvard 17 ay ərzində ona dəstək olan hər kəsə təşəkkür etdiyini bildirib. 

Qeyd edək ki, A.Pato 2007 - 2013 illərdə "Milan"da çıxış edib. 2014-2015 mövsümündə də "San Paulu"nun şərəfini qoruyan oyunçu Braziliya millisinin heyətində 27 oyunda 10 qola imza atıb. 

Pato 2019-cu ilin martında "San Paulu"ya keçmişdi. 

Son xəbərlər

Orphus sistemi