Məhəmməd Salah "Yuventus"a keçə bilər

Məhəmməd Salah "Yuventus"a keçə bilər Bakı. 12 fevral. REPORT.AZ/ İngiltərənin Liverpul klubunun futbolçusu Məhəmməd Salah karyerasını İtaliya Yuventusunda davam etdirə bilər.
Futbol
12 Fevral , 2019 10:33
Məhəmməd Salah Yuventusa keçə bilər

Bakı. 12 fevral. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah karyerasını İtaliya "Yuventus"unda davam etdirə bilər. 

"Report"un "Sky News Arabia" nəşrinə istinadən verdiyi məlumata görə, misirli yarımmüdafiəçinin transferi 200 milyon avro qiymətləndirilir. Turin komandasının lideri Kriştianu Ronaldu isə onunla müqavilə bağlanılması cəhdini müsbət qarşılayıb. 

Salahın argentinalı Paulo Dibalanı əvəzləyə biləcəyi vurğulanır. Daha əvvəl Dibala ilə baş məşqçi Massimiliano Alleqri arasında münaqişənin baş verdiyinə dair xəbərlər yayılıb. 

Qeyd edək ki, bu mövsüm Məhəmməd Salah Premyer Liqadakı 26 qarşılaşmada 17 qol və 7 məhsuldar ötürmə müəllifi olub. O, "Mançester Siti"nin futbolçusu Serxio Aqüero ilə birgə bombardirlər siyahısına başçılıq edir. "Yuventus" isə A Seriyasında liderdir və ən yaxın izləyicisi "Napoli"ni 11 xal üstələyir. 

Son xəbərlər

Orphus sistemi