Maradona azarkeşlərə hücum edib - VİDEO

Maradona azarkeşlərə hücum edib - VİDEO Bakı. 3 dekabr. REPORT.AZ/ Meksikanın II liqasında çıxış edən “Dorados” komandasının baş məşqçisi Dieqo Maradona ilə azarkeşlər arasında qarşıdurma olub.
Futbol
3 Dekabr , 2018 15:43
Maradona azarkeşlərə hücum edib - VİDEO

Bakı. 3 dekabr. REPORT.AZ/ Meksikanın II liqasında çıxış edən “Dorados” komandasının baş məşqçisi Dieqo Maradona ilə azarkeşlər arasında qarşıdurma olub.

“Report” xəbər verir ki, qalmaqalın videosunu jurnalist Gilyermo Kabrera “Twitter” hesabında paylaşıb.

Xoşagəlməz hadisə 58 yaşlı argentinalı mütəxəssisin rəhbərlik etdiyi kollektivin elitaya yüksəlmək uğrundan pley-off matçında San Luis “Atletiko”suna 2:4 hesabı ilə uduzmasından sonra baş verib. Nəticədən narazı qalan fanatlar baş məşqçinin ünvanına etiraz şüarları səsləndiriblər. Maradona isə onlara hücum çəkib.

Klub nümayəndələrinin müdaxiləsindən sonra argentinalı mütəxəssis hadisə yerindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Maradona bu ilin sentyabrında “Dorados”un baş məşqçisi təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv evdə keçirdiyi ilk pley-off matçında 1 cavabsız qolla qalib gəlsə də, səfər oyununun əsas vaxtında 2:3 hesabı ilə uduzub. Əlavə vaxtda daha bir qol vuran “Atletiko” yüksək dəstəyə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi