"Mançester Yunayted" rəqib meydanında qalib olub

"Mançester Yunayted" rəqib meydanında qalib olub İngiltərə Premyer Liqasının 32-ci turunun matçında Brayton end Houv Albion Mançester Yunaytedi qəbul edib.
Futbol
1 İyul , 2020 01:15
Mançester Yunayted rəqib meydanında qalib olub

İngiltərə Premyer Liqasının 32-ci turunun matçında "Brayton end Houv Albion" "Mançester Yunayted"i qəbul edib.

“Report” xəbər verir ki, görüş Brayton end Houvda, "Falmer - Ze Ameks" stadionunda keçirilib və qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 16-cı dəqiqədə açılıb. "Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud qələbənin əsasını qoyub. 29-cu dəqiqədə yarımmüdafiəçi Brunu Fernandeş komandasının hesabdakı üstünlüyünü artırıb. Fernandeş ikinci hissənin əvvəlində - 50-ci dəqiqədə dubl edib.

"Mançester Yunayted" bu qələbədən sonra xallarının sayı 52-yə çatdırıb və İngiltərə Premyer Liqasının yarış cədvəlində 5-ci yerə yüksəlib. "Brayton end Houv Albion" 33 xalla turnir cədvəlində 15-ci yerdə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi