Bakı. 10 fevral. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turunda "Mançester Siti" "Çelsi"ni 6:0 hesabı ilə darmadağın edib.
“Report” xəbər verir ki, görüş Mançester şəhərinin "Ehtihad" stadionunda baş tutub.
"Mançester Siti" bu qələbə sayəsində xallarının sayını 65 çatdıraraq, Premyer-Liqanın turnir cədvəlində liderliyə yüksəlib. "Çelsi" 50 xal ilə 6-cı pilləyə enib.
İngiltərə Premyer Liqası. 26-cı tur
"Mançester Siti" – "Çelsi" - 6:0
Qollar: 1:0 – Sterlinq – 4, 2:0 – Aquero – 13, 3:0 – Aquero – 19, 4:0 – Gündoğan – 25, 5:0 – Aquero – 56 (pen), 6:0 – Sterlinq – 80.