"Mançester Siti" 1 milyard avrodan çox vəsait xərcləyən ilk klub olub

"Mançester Siti" 1 milyard avrodan çox vəsait xərcləyən ilk klub olub İngiltərə Mançester Sitisi 1 milyard avrodan çox vəsait xərcləyən ilk klub olub.
Futbol
9 Sentyabr , 2019 14:16
Mançester Siti 1 milyard avrodan çox vəsait xərcləyən ilk klub olub

İngiltərə "Mançester Siti"si 1 milyard avrodan çox vəsait xərcləyən ilk klub olub.

"Report" xəbər verir ki, bu barədə İsveçrənin “CIES Football Observatory” şirkətinin Avropa klublarının transfer fəaliyyətinə dair araşdırmasında bildirilib.

Qurumun hesablamalarına görə, İngiltərə təmsilçisi hazırkı heyəti üçün ən çox pul xərcləyən klubdur. "Şəhərlilər" hazırkı oyunçularına 1 milyard 14 milyon avro xərcləyib və 1 milyard avronu keçən klub kimi tarixə düşüb. 

Fransa PSJ-si 913 milyon avro ilə ikinci, İspaniya "Real Madrid"i isə 902 milyon avro ilə üçüncü sırada qərarlaşıb.

1. "Mançester Siti" (İngiltərə) -1,014 milyard avro

2. PSJ (Fransaa) - 913 milyon avro

3. "Real Madrid" (İspaniya) - 902 milyon avro

4. "Mançester Yunayted" (İngiltərə) - 751 avro

5. "Yuventus" (İtaliya) - 719 milyon avro

6. "Barselona" (İspaniya) - 697 milyon avro

7. "Liverpul" (İngiltərə) - 639 milyon avro

8. "Çelsi" (İngiltərə) 561 milyon avro

9. "Atletko" (İspaniya) - 550 milyon avro

10. "Arsenal" (İngiltərə) - 498 milyon avro.

Son xəbərlər

Orphus sistemi