"Linfild"in futbolçusu: "Bakıda sürpriz edə biləcəyimizə inanmalıyıq"

"Linfild"in futbolçusu: "Bakıda sürpriz edə biləcəyimizə inanmalıyıq" “Qələbə qazandığımıza görə xoşbəxtik. Qapımızda ilk qolu görəndən sonra buna yaxşı reaksiya verdik”.
Futbol
23 Avqust , 2019 10:25
Linfildin futbolçusu: Bakıda sürpriz edə biləcəyimizə inanmalıyıq

“Qələbə qazandığımıza görə xoşbəxtik. Qapımızda ilk qolu görəndən sonra buna yaxşı reaksiya verdik”.

“Report” xəbər verir ki, bunları Şimali İrlandiyanın “Linfild” komandasının futbolçusu Kris Keysment “Qarabağ”ı Belfastda 3:2 hesabı ilə məğlub etdikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra söyləyib.

31 yaşlı müdafiəçinin sözlərinə görə, cavab matçı komandası üçün çətin olacaq: Bu, duelin birinci hissəsi idi. Bizi Bakıda daha çətin qarşılaşma gözləyir. Komandanın oyunundan razı qaldım. Bütün kollektiv yaxşı oynadı. Rəqibimiz güclü idi, ilk 15 dəqiqə ərzində oyunumuzu tapa bilmirdik. Azarkeşlər yaxşı atmosfer yaratması çıxışımıza müsbət təsir etdi. Lakin bu görüş artıq geridə qaldı. Növbəti matça hazırlaşmalıyıq. Çətin olacağını bilirik. Ancaq məşqçilər korpusu və futbolçularla birlikdə Bakıda sürpriz edə biləcəyimizə və qrupa düşəcəyimizə inanmalıyıq”.

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi