Leykemiyadan əziyyət çəkən Sinişa Mixayloviç xəstəxanadan evə buraxılıb

Leykemiyadan əziyyət çəkən Sinişa Mixayloviç xəstəxanadan evə buraxılıb Leykemiyadan əziyyət çəkən İtaliyanın “Bolonya” komandasının baş məşqçisi Sinişa Mixayloviç xəstəxanadan evə buraxılıb.
Futbol
28 Avqust , 2019 19:56
Leykemiyadan əziyyət çəkən Sinişa Mixayloviç xəstəxanadan evə buraxılıb

Leykemiyadan əziyyət çəkən İtaliyanın “Bolonya” komandasının baş məşqçisi Sinişa Mixayloviç xəstəxanadan evə buraxılıb.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 50 yaşlı serbiyalı mütəxəssisin iyulun 18-də başlayan birinci kimyaterapiya kursu uğurla başa çatıb.

Bildirilir ki, müalicə prosesi vaxtı həkimlər tərəfindən heç bir problem aşkarlanmayıb.

Qeyd edək ki, “Boloniya” ilə 2022-ci ilə qədər müqaviləsi olan Mixayloviç leykemiya aşkarlanandan sonra postunda qalmağa qərar verib. O, ötən həftə “Boloniya”nın A seriyasının I turunda səfərdə 1:1 hesabı ilə məğlub etdiyi oyunda komandasının başında olub.

Son xəbərlər

Orphus sistemi