La Liqa komandası yeni baş məşqçi ilə müqavilə bağlayıb

La Liqa komandası yeni baş məşqçi ilə müqavilə bağlayıb "Las Palmas"a Pako Xemes rəhbərlik edəcək
Futbol
21 Dekabr , 2017 15:42
La Liqa komandası yeni baş məşqçi ilə müqavilə bağlayıb

Bakı. 21 dekabr. REPORT.AZ/ İspaniya La Liqasında çıxış edən “Las Palmas” komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, kollektiv Pako Xemesə tapşırılıb.

47 yaşlı mütəxəssislə 2017/2018 mövsümünün sonuna qədər müqavilə bağlanılıb. Son iş yeri Meksika “Krus Asul”u olan Xemes 2010/2011 mövsümündə də “Las Palmas”a rəhbərlik edib.

Qeyd edək ki, “Las Palmas” La Liqada 16 turdan sonra 11 xalla sonuncu - 20-ci yerdə qərarlaşıb. Komandanın sabiq baş məşqçisi Pako Aestaran uğursuz nəticələr səbəbi ilə istefaya göndərilib.

Son xəbərlər

Orphus sistemi