​Kyellini: "İtaliya Azərbaycanda qalib gəlməlidir"

​Kyellini: "İtaliya Azərbaycanda qalib gəlməlidir" "O zaman qitə birinciliyinə vəsiqə qazanmaq vəzifəsi yerinə yetirilmiş olacaq"
Futbol
7 Sentyabr , 2015 07:13
​Kyellini: İtaliya Azərbaycanda qalib gəlməlidir

Bakı. 7 sentyabr. REPORT.AZ/ Futbol üzrə İtaliya millisi və "Yuventus" klubunun müdafiəçisi Corco Kyellini komandasının Avro-2016-nın təsnifat mərhələsində Bolqarıstan üzərində qazandığı qələbəsini (1:0) şərh edib.

"Report"un "Rai Sport" nəşrinə istinadən verdiyi xəbərə görə, o bildirib ki, İtaliya yığması Bolqarıstan üzərində çətin qələbə qazanmaqla irəliyə doğru böyük addım atmağı bacardı və indi ən azı həmin nəticəyə Azərbaycanda da nail olmaq lazımdır.

"Avropada istənilən rəqibə qarşı oynamaq artıq çətinləşib. Biz növbəti dəfə bunun şahidi olduq. Lakin, hesab edirəm ki, İtaliya yığması Bolqarıstan üzərində çətin qələbə qazanmaqla irəliyə doğru böyük addım atmağı bacardı. Bununla belə, komandamızın yenə də, öz qapısından qol buraxmaması çox vacibdir. İndi ən azı həmin nəticəyə Azərbaycanda da nail olmaq lazımdır. O zaman qitə birinciliyinə vəsiqə qazanmaq vəzifəsi yerinə yetirilmiş olacaq", - deyə müdafiəçi bildirib.

Son xəbərlər

Orphus sistemi