Kosta-Rika millisinin baş məşqçisi darıxdığı üçün millidəki vəzifəsindən istefa verib

Kosta-Rika millisinin baş məşqçisi darıxdığı üçün millidəki vəzifəsindən istefa verib Futbol üzrə Kosta-Rika millisinin baş məşqçisi Qustavo Matosas istefa verib.
Futbol
5 Sentyabr , 2019 11:30
Kosta-Rika millisinin baş məşqçisi darıxdığı üçün millidəki vəzifəsindən istefa verib

Futbol üzrə Kosta-Rika millisinin baş məşqçisi Qustavo Matosas istefa verib.

"Report"un "Goal" nəşrinə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis yığmada darıxdığı üçün belə qərar verdiyini bildirib. 

O, millidə işləməyin çətin olduğunu vurğulayıb: "Çünki hər gün oyunçularla işləyə bilmirəm, məhsuldarlıq hiss etmirəm. Mən cəmi bir həftə və iki aydan bir oyunçuları görürəm. Bəzən tətildə olduğumu düşünürəm. Problem olmayacağını düşündüm, amma hər gün darıxıram. Bu həyat mənim xoşuma gəlmir".

Qeyd edək ki, Qustavo Matosas yığmaya 2018-ci ilin oktyabrında baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında Kosta-Rika yığması Qəzıl Kubokda 1/4 finaladək irəliləyib. 

Son xəbərlər

Orphus sistemi