KİV: Arsen Venger "Barselona"nın təklifini rədd etdi

KİV: Arsen Venger "Barselona"nın təklifini rədd etdi İspaniyanın "Barselona" klubunun rəhbərliyi İngiltərə"Arsenal"ınınsabiq baş məşqçisi Arsen Vengerə təklif göndərib.
Futbol
13 Avqust , 2020 11:29
KİV: Arsen Venger Barselonanın təklifini rədd etdi
Arsen Venger

İspaniyanın "Barselona" klubunun rəhbərliyi İngiltərə "Arsenal"ının sabiq baş məşqçisi Arsen Vengerə təklif göndərib. 

"Report" "Le10sport" nəşrinə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin təklifini rədd edib. 

Qeyd edək ki, Arsen Venger 1996-cı ildən rəhbərlik etdiyi "Arsenal"ı 2017/2018 mövsümünün sonunda tərk edib. "Barselona"nın hazırkı baş məşqçisi Kike Setyenlə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Daha əvvəl klubun sabiq futbolçusu Qətərin "Əl Sədd" komandasına rəhbərlik edən Xavinin baş məşqçi təyin ediləcəyi iddia edilib. 

Xatırladaq ki, "Barselona" Çempionlar Liqasının 1/4 final mərhələsində Almaniyanın "Bavariya" klubu ilə üz-üzə gələcək. Qarşılaşma avqustun 14-də olacaq. 

Son xəbərlər

Orphus sistemi